VETENNAMİNE.AZ xəbər verir ki, Hüseynzadə Mirmusa Vuqar oglu 2004-cü il Lənkəran rayon İstisu qəsəbəsində anadan olub.
Mirmusa xüsusi təyinatlı hərbi hissədə xidmət keçib və müddətdən artıq hərbi xitmətini davam etdirirdi.
Erməni separatçılarına qarşı aparılan lokal antiterror əməliyyatı zamanı qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.
Şəhid Hüseynzadə Mirmusa Vuqar oglu Lənkəran rayon İstisu qəsəbəsi qəbirstanlığında dəfin edilib.
Vətən Naminə Mətbuat Xidməti