VETENNAMİNE.AZ saytının Bərdə rayonu üzrə müxbiri xəbər verir ki, şəhid Həsənov Təbriz Rəşid oğlunun şəhadətə qovuşmasının üçüncü il dönümü keçirilib.
Bərdə rayonu Mehdili kəndində şəhid Həsənov Təbriz Rəşid oğlunun şəhadətə qovuşmasının üçüncü il dönümü münasibəti ilə anım mərasimi keçirilib.
Mərasimdə şəhidin yaxınları, Bərdə mədəniyyət idarəsinin nümayəndəsi, Bərdə Cümə məscidinin Axundu Ramazan Hüseynov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə rayon filialının sədri Etibar Hüseynova iştirak edib.
Eyni zamanda şəhid Həsənov Azərində məzarı ziyarət olundu, ruhlarına dualar oxundu. Ruhları şad olsun.
This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy. I Agree