VETENNAMİNE.AZ xəbər verir ki, Bərdə rayonun Otuzikilər kəndində xüsusi təyinatlı gizir şəhid Mehbalıyev Elşən Təvvəkül oğlunun anım günü keçirilib.
Mərasimdə kənd icra nümayəndəsi, şəhid ailələri, şəhidimizin təhsil aldığı kənd orta məktəbinin müəllim və şagirdləri, ictimaiyyət nümayəndələri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə rayon filialının sədri Etibar xanım Hüseynova, Bərdə Cümə məscidinin Axundu Ramazan Hüseynov iştirak edib.