Tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəlimmədova, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının əməkdaşı Elman Rəcəbov, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov, həmçinin rayonun müxtəlif idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri iştirak ediblər.
Əliqismət Yaqublunun məzarı ziyarət olunub, məzarı önünə gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub və əziz xatirəsi ehtiramla yad edilib.
Xatırladaq ki, şəhid baş leytenant Yaqublu Əliqismət Mükafat oğlu 5 noyabr 2020-ci il tarixində Şuşa şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Onun şücaəti və vətənə olan sonsuz sədaqəti dövlət tərəfindən də yüksək qiymətləndirilib. Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda”, “Azərbaycan Bayrağı” və 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına görə” medalları ilə ölümündən sonra təltif edilib.
Əliqismət Yaqublu kimi qəhrəmanlarımızın xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, onların şücaəti gələcək nəsillərə örnək olacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!