Bu gün Cəbrayıl rayonunun Yuxarı Məzrə kəndindən olan 44 günlük Vətən müharibəsi şəhidi Ədliyyə kapitanı Xəlilov Ruhin Müzəffər oğlunun doğum günüdür.
Yasamal rayonu ərazisində yerləşən 2-ci Fəxri Xiyabanda şəhidimizin xatirəsinə anım tədbiri keçirilmişdir. Tədbirdə Cəbrayıl Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Zaman Almemmedov , Abbas Abbaslı , dövlət qurumlarının təmsilçiləri,AZQMVƏŞAİB Cəbrayıl rayon filialının uzvləri ,şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri şəhidin məzarını ziyarət edərək, üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər Allah şəhidlərə rəhmət etsin Şəhidlər Vətənin, xalqın qürurudur.!!!
Aysel Məmmədli
Vətən Naminə Mətbuat Xidməti