VETENNAMİNE.AZ xəbər verir ki, Bərdə rayonu Piyadalar kəndində şəhid Cəfərli Asim Çingiz oğlunun anım mərasimi keçirilib.
Anım mərasimində şəhidin təhsil aldığı Piyadalar kənd tam orta məktəbin müəllim və şagirdləri, şəhid ailələri, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə rayon filialının sədri Etibar Hüseynova, Bərdə Cümə məscidinin Axundu Hüseynov Ramazan iştrak edib.
Mərasim şəhidin məzarını ziyarət etməklə başlayıb. Evində ailəsi ziyarət olunub.
Tədbirdə iştirak edənlər şəhidimiz haqqında çıxış edərək ürək sözlərini söyləyib. Şəhidimizin xatirəsi böyük hörmət və ehtiramla anılıb. Ruhu şad olsun.
Allah Şəhidlərimizə Rəhmət Etsin!
Etibar xanım Hüseynova
Vətən Naminə Mətbuat Xidməti