VETENNAMİNE.AZ saytının bölgə müxbiri xəbər verir ki, Biləsuvar şəhərində antiterror tədbirləri zamanı şəhid olmuş Məmmədov Azər Sulduz oğlunun doğum günü ilə əlaqədar ata ocağı və məzarı ziyarət olundu.
Ziyarətdə Biləsuvar rayon İcra Hakimiyyətinin əməkdaşı Röyal Quluzadə, Deputatın köməkçisi Əfsun Əlizadə, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı və partiya fəalları, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev, SHXÇDX-nin Biləsuvar rayon şöbəsinin əməkdaşı Faxrəddin Allahverdiyev, şəhid valideyinləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Ziyarət zamanı qəhrəman şəhidimizin şərəfli döyüş yolundan söz açılaraq xatirəsi yad edilmiş, ruhuna dualar oxunmuş və yaxınlarına baş sağlığı verilmişdir.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirlyinin Daxili Qoşunlarının MAHHXHQ olmuş Məmmədov Azər Sulduz oğlu 09 yanvar 1990-cı ildə Biləsuvar şəhərində anadan olmuşdur. 1997-2008-ci illərdə Ə.Eynullayev adına Biləsuvar şəhər 4 nömrəli tam orta məktəbində təhsil almışdır.
19 sentyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda aparılan antiterror tədbirləri zamanı qəhrəmancasına şəhid olmuşdur. 21 sentyabr 2023-cü il tarixində Biləsuvar şəhər qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən şəhid Məmmədov Azər Sulduz oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib. Şəhid Azər Məmmədov ailəli olub 1 oğul və 1 qız övladı dövlətimizə və xalqımıza əmanətdir.
Allah Şəhidlərimizə Rəhmət Eləsin!
Əliyev Bəhruz
Vətən Naminə Mətbuat Xidməti