VETENNAMİNE.AZ saytının Bərdə rayonu üzrə müxbiri xəbər verir ki, şəhid Abışov Asif Əlövsət oğlunun anım mərasimi keçirilib.
Mərasim şəhidin məzarını ziyarətlə başladı. Mərasimdə şəhid ailələri, polis əməkdaşları, müəllim və şagirdlər, kənd icra nümayəndəsi, mədəniyyət işçiləri, Bərdə Cümə məscidinin Axundu, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə rayon filialının sədri iştrak və çıxış etdilər.