VETENNAMİNE.AZ xəbər verir ki, Vətən müharibəsinin Günəşli kəndindən olan şəhidimiz Abdullazadə Teymur Faiq oğlunun şəhadətinin 3-cü ildönümü ilə əlaqədar ata ocağı və məzarı ziyarət olundu.
Ziyarətdə Biləsuvar rayon İcra Hakimiyyətinin əməkdaşları, deputatın köməkçisi Əfsun Əlizadə, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, SHXDÇX-nin Biləsuvar rayon şöbəsinin nümayəndəsi, QMƏVŞA İB Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev, şəhid valideynləri, qazilər və ictimaiyyətin nümayəndələri iştirak etdilər. İştirakçılar qəhərman şəhidimizin ruhuna dualar oxumuş və valideynlərinə başsağlığı vermişlər.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş şəhid Abdullazadə Teymur Faiq oğlu 24 iyun 2001-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olmuşdur. 2019-cu ildə hərbi xidmətə başlamışdır. Azərbaycan Reüspublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində iştirak etmiş və Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 29 oktyabr 2020-ci il tarixində Günəşli kənd qəbiristanlığında dəfn olunmuşdur.
Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən döyüşlərdə göstərdiyi şücaət və igidliklərə görə şəhid Abdullazadə Teymur Faiq oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Allah Şəhidlərimizə Rəhmət Eləsin!