VETENNAMİNE.AZ xarici mediaya istinadən xəbər verir ki, yanğını görən sürücü evakuatoru qoşqudan ayıraraq xilas etsə də, qoşqu yanaraq kül olub. Yanğından çıxan tüstü magistral yolu bürüdü. Ərazidə sıx nəqliyyat yaranıb.
Saat 07.30 radələrində Şimali Mərmərə şossesinin Kilyos mövqeyində Ədirnə istiqamətində hərəkət edən parça yüklü TIR-da yanğın baş verib. İddiaya görə, sürücü Hasan Çakar yüklədiyi parçaları Çexiya dövlət nömrə nişanlı yük maşını ilə Bursadan Hollandiyaya aparmaq üçün yola çıxıb.
Vətən Naminə Mətbuat Xidməti