Samirə Əliyeva: Sağlamlığımız üçün tükətdiyimiz qidalara fikir verməliyik

Müasir dövr insanının ən böyük problemlərindən biri də daha tez və rahat hazırlanan konserv məhsullardır. Bunu Vetennamine.az saytının ştatdan kənar müxbiri infeksionist Samirə Əliyeva deyib.

Konserv məhsulları rahat istifadəsi, müxtəlif çeşid və dadı ilə istehlekçıları cəlb etsə də, saxlanılma qaydalarına düzgün riayət olunmadıqda zəhərlənməyə və sağlamlığımıza zərər vuran başqa problemlərə səbəb olur. Bu baxımdan, keyfiyyətsiz konserv məhsulları daha təhlükəlidir. Konservləşdirilmiş qidalar dad sağlamlığımız üçün çox zərərlidir.
Bazarlarda ərzaqların əksəriyyəti konservləşdirilmiş formada satılır. Bu sizə çox normal və sağlam görünə bilər. Ancaq vəziyyət heç də düşündüyünüz kimi deyil. Konservlərdə satılan hər cür yeməklər, hətta bişməmiş belə, sağlamlığınıza çox zərər verir.
Əslində konserv məhsulları arzuolunan qida deyil. Amma istifadə etdikdə, heç olmasa yerli konservlərə üstünlük vermək lazımdır. Çünki bunların tərkibində qatqılar, uzunmüddətli saxlanma üçün əlavə olunan maddələr azdır.
Bundan əlavə başqa bir məsələyə də toxunmaq istəyirəm. Belə ki, son zamanlar mətbəxdə ən çox istifadə olunan məhsullardan biri də mayonezlərdir. Mayonezi salatlarda, ət və toyuq qızartdıqda istifadə edirlər.
Bəs, bizim istifadə etdiyimiz mayonez xeyirli məhsuldur yoxsa ziyanlı?
Mayonezdə dad gücləndiricilərdən istifadə olunur. Bunlar kimyəvi maddələr olub mədə-bağırsaq sisteminə mənfi təsir edir. Dad gücləndiricilərin mənfi xüsusiyyətlərindən biri, bu maddələr məhsula alışma yaradır.
Mayonezin tərkibinə daxil olan konservantlar da orqanizm üçün ziyanlı maddələrdir. Onların bir çox hissəsi orqanizmdə yığılır. Bu səbəbdən də mayonez seçərkən saxlama müddəti daha az olan məhsula üstünlük verin.
Hətta mayonez keyfiyyətli, təbii bitki yağı ilə hazırlanmış olarsa, ondan tez-tez istifadə etmək olmaz. Hər şey qədərində lazımdır. Sağlamlığımız üçün keyfiyyətli və sağlam qidalara üstünlük verməliyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.