Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək layihəsi” iştirakçıları üçün növbəti biznes təlim Şamaxı rayonunda keçirilir.
Rayonda bu layihəyə cəlb edilən işsiz şəxslər üçün təşkil edilən təlimdə iştirakçılara Beynəlxalq Əmək Təşkilatının “Öz biznesinə başla və təkmilləşdir” təlim proqramı əsasında kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar tədris olunur, biznes planlar hazırlanır.
Təlimi uğurla bitirən şəxslər biznes planın qiymətləndirilməsinə cəlb ediləcək və uğurlu namizədlər aktivlərlə təmin olunacaqlar.