Samanyolu Qalaktikasındakı nəhəng qara dəliyin ilk fotoşəkili Qalaktikamızın ortasındakı nəhəng qara dəliyin ilk dəfə fotosu çəkilib.

Oxatan A   adlanan bu qara dəliyin kütləsi Günəşdən təxminən 4 milyon dəfə böyükdür.
Fotoda qara dəliyin yerləşdiyi qaranlıq bölgəni və onun ətrafında cazibə qüvvəsi ilə hərəkətə keçən yüksək temperaturlu qazların yaydığı halqavari işığı görə bilərik.
Fotoda gördüyümüz bu halqanın diametri təxminən 60 milyon kilometrdir.

Xoşbəxtlikdən bu qara dəlik Yerdən 26.000 işıq ili uzaqlıqdadır. Ona görə də onun bizə çatması və təhlükə yaratması mümkün deyil.

EHT daha əvvəl 2019-cu ildə başqa bir qalaktikada olan Messier 87-nin içərisində qara dəliyin şəklini çəkmişdi. Həmin qara dəlik Günəşdən min dəfə böyükdür və kütləsi Günəşdən 6,5 milyard dəfə böyükdür.

EHT layihəsinin avropalı tərəfdaşlarından olan professor Heino Falcke fotoda gördüklərimizin çox xüsusi olduğunu, çünki o, superkütləli qara dəlik olduğunu bildirir.
“Bu qara dəlik əslində bizə çox yaxındır, bizim həyətimizdədir. Əgər qara dəliklərin necə əmələ gəldiyini və necə işlədiyini anlamaq istəyirsinizsə, bu fotoşəkil çox faydalı olacaq, bütün detalları göstərir”, – Falckle deyir.

Yerdən 26.000 işıq ili uzaqda olan Oxatan A* (Sgr A*) göydə kiçik bir nöqtə kimi görünür. Obyektivdə belə kiçik bir nöqtəni çəkmək və fotoşəkil çəkmək qeyri-adi görüntü həlli tələb edir.

Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.