Sahibkarlığın ən yaxşı 10 ölkəsi.

Sahibkarlığın ən yaxşı 10 ölkəsi.

Sahibkarlıq üçün ən yaxşı 10 ölkənin siyahısını nəzərdən keçirəndə avtomatik olaraq “Əlbəttə Amerika bir nömrədir düşünürsən. Axı burada minlərlə uğurlu startap doğulur və inkişaf edir. Uber-dən Airbnb-yə, Facebook-dan Google-a qədər, onlar zirvədədirlər, çünki hamısı Amerikalıdır, elə deyilmi? Əslində elə deyil. Sıralamada nəzər salsaq ilk sırada Amerikanın olmadığını görürük! Təbii ki, əgər Wharton School, BAV Consulting və US News&World Report tərəfindən hazırlanan siyahı səhv deyilsə. İctimaiyyətin tendensiyalarını araşdıran hesabat dünyanın 65 fərqli ölkəsindən 16500 nəfərin iştirakı ilə sorğu aparılaraq hazırlanıb. Siyahının necə hazırlandığını (müəlliflərin səhv edib-etmədiyini) buradan görə bilərsiniz .

Beləliklə, siyahıya baxmağa hazırsınız? Buyurun siyahını təqdim edirik :

1) Almaniya
2) Yaponiya
3) Amerika (Nəhayət!)
4) Böyük Britaniya
5) Kanada
6) İsveç
7) Hollandiya
8) Danimarka
9) Sinqapur
10) Avstraliya

Almaniya siyahıya necə başçılıq etdi? Bu suala tədqiqatçılar belə cavab verirlər: Almaniya infrastrukturda 10 “əla” bal alıb. Onun 9,8 nəfər təhsilli əhalisi var ki, bu da “mükəmməlliyə yaxındır”. Bundan əlavə, Almaniya uzun müddətdir ki, kiçik və orta sahibkarlığa dəstək verir.

Təbii ki, Almaniya dedikdə ağlımıza gələn mühəndislik də Almaniyanı siyahının başında tutan mühüm amillərdən biridir.

Əsl sual budur ki, Amerika niyə siyahıdan bu qədər geridədir? Pul və ya əlaqələrə çatmaqda digər ölkələri qabaqlayan Amerikanın problemi odur ki, daha az şəffaf iş aparır və işçi qüvvəsi rəqib ölkələrlə müqayisədə daha az ixtisaslıdır.

Tədqiqatçıların Amerikanın uğursuzluğu ilə bağlı başqa tezisləridə var. Amerikanın bu azalan uğurunun arxasında İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 64 ölkədən tələbələr arasında apardığı araşdırmada Amerikanın dəyərləri dayanır. ABŞ son tədqiqatlarda riyaziyyat üzrə 35-ci, elm üzrə isə 27-ci yerdə qərarlaşıb.
İlk onluqda İsrailin olmaması təəccüb doğurur.
Yaxşı, bir çox nəhəng texnoloji şirkətlərə ev sahibliyi edən İsrail niyə siyahıda yoxdur? Bu sualın cavabı siyasətdədir. Siyasi mübahisələrə görə, İsrail sahibkarlıq siyahısında yalnız 21-ci yeri tuta bildi.
Aparılan sorğuda çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan hələ yer ala bilməyib.

Hazırladı

Aris Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.