vetennamine.az saytının çəkiliş qrupu Quba Şahdağ Truskavets sanatoriyasını ziyarət edərək qazi və şəhid ailələrinə göstərilən diqqəti sizə təqdim edirik .Azərbaycanın gözəl guşələrindən biri olan Quba şəhərində yerləşən “ŞAHDAĞ QUBA & TRUSKAVETS” sanatoriyasında respublikamızın o cümlədən, keçmiş SSRİ ərazisində olan sanatoriyalarda göstərilən xidmətlərin hər biri həyata keçirilir. Sanatoriyanın hotelində eyni vaxtda 500 nəfər qonaq qəbul etmək imkanı mövcuddur. Sanatoriyada ən son müasir standartlara cavab verən Almaniya istehsalı fizioterapiya avadanlıqları mövcuddur. Sanatoriyada türk hamamı, qapalı və açıq hovuz, kitabxana, kinoteatr, “kids club” vardır. Sanatoriyanın personalı tərəfindən müalicə alan insanlara o cümlədən, şəhid ailələrinə və qazilərə profesional diqqət, qayğı və xidmət göstərilir.
Göstərilən bəzi prosedurlar
-fizoterapiya-
-nipoderenaş
-fanafariz
-maqnitterapiya
-müalicəvi masaj
Aysel Məmmədli
Vətən Naminə Mətbuat Xidməti