Sağlamlıq imkanları məhdud bir qrup uşağın Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən sağlamlıq imkanları məhdud bir qrup uşağın Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edilib.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a bildiriblər.

Uşaqlara Ulu Öndər Heydər Əliyevin zəngin irsi ilə yaxından tanış olmaq imkanı yaradılıb. Onlar Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video-foto arxiv, sənədlər, müxtəlif eksponatlarla tanış olublar.

Eksursiya çərçivəsində uşaqlar Mərkəzdə Azərbaycanın qədim tarixə, mədəniyyətə malik olduğunu əks etdirən sərgi ilə də tanış edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.