Sabunçu rayonunda Vətən müharibəsi şəhidi Ağayev Vahid Məcnun oğlunun doğum günü qeyd olunub.

Şəhidin doğum günündə Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov, Sabunçu rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə, Maştağa qəsəbə icra nümayəndəsi Fərid Məmmədəliyev şəhidin məzarını ziyarət edərək, xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstələri qoymuşlar.
Bunu Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının mətbuat xidmətindən vetennamine.az saytına bildiriblər.
Qeyd edək ki, Ağayev Vahid 1996-cı ilin sentyabrın 14-ündə Bakı şəhəri, Maştağa qəsəbəsində anadan olmuşdur. C.Cabbarlı adına 187 saylı orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. Hərbi xidməti Gədəbəy rayonunun İvanovka kəndindəki “N” saylı hərbi hissədə keçmişdir. 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak etmiş, Füzulinin, Xocavəndin, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Vahid Ağayev 11 noyabr 2020-ci ildə Şuşa istiqamətində şəhid olmuşdur. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.