1. Çıraqqala dünya əhəmiyyətli memarlıq abidəsi, V-VI əsrlər, Şabran rayonu.
2. Gilgilçay istehkamlar kompileksi dünya əhəmiyyətli arxeoloji abidə, orta əsrlər,Gilgilçay çayının sahili, Şabran rayonu.
3. Qədim Şabran şəhəri dünya əhəmiyyətli arxeoloji abidə, orta əsrlər,Şahnəzərli kəndi, Şabran rayonu.
4. Pir Xəlil türbəsi – yerli əhəmiyyətli memarlıq
abidəsi, XVIII əsr, Siyəzən şəhərinin şimalı.
5. Şəhərgah yerli əhəmiyyətli arxeoloji abidə,orta əsrlər, Siyəzən şəhəri.
6. Qədim qəbiristanlıq – yeni aşkar olunmuş arxeoloji abidə.
7. Çaraqqala – yeni aşkar olunmuş arxeoloji abidə.
ÇIRAQQALA.
Böyük İpək Yolunu qəsbkar həmlələrindən qorumaq üçün inşa edilmiş Gilgilçay müdafiə divarlarının ən yüksək zirvəsində, dəniz səviyyəsindən 1232 metr hündürlükdə yerləşən Çıraqqala Azərbaycanın ən qədim tarixi memarlıq abidələrindən biridir.
İstehkam məqsədilə tikilmiş bu qalanın təməli V-VI əsrlərdə Sasani hökmdarları tərəfindən qoyulub.
Qala çox yüksək olduğu üçün onun zirvəsindən hər yer görünür və qədimdə təhlükə baş verdiyi zaman,qalada tonqal yandırılardı. Tonqalın işığı Dəmirqapı Dərbənddə də görünər və həmin ərazidə yaşayan insanları xəbərdar edərdi.
Çıraqqala (mərkəzi qala da daxil olmaqla) 17 bürcdən ibarətdir və düzbucaq formasındadır. Zaman keçdikcə,Çıraqqala təbiətin şıltaqlıqlarına məruz qalmış vəsözügedən 17 bürcdən cəmi 3 bürc günümüzə qədər gəlib çıxmışdır.
Qalanın tikintisində əsasən yerli daş və bişmiş kərpicdən istifadə edilib.Qala divarlarının hündürlüyü 8-10 metr, qalınlığı isə 3-4 metrdir. Bütün qala divarı boyu keşikçilərin daldalanması üçün hazırlanmış mətəristlər (daldalanacaqlar) və müdafiə istehkam qurğuları indi də mövcuddur. Qala qapısından bir az kənarda tağbəndli ovdan (su anbarı) yerləşir. Buradakı saxsı borulardan və başqa əlamətlərdəngörünür ki, su bu ovdana yaxınlıqdakı dağ çeşmələrindən yığılıb süzülürmüş. Qalanın ərzaq saxlanılan buzxana anbarı və özünəməxsus zindanı da dövrümüzə qədər gəlib çıxıb.
Hündürlüyü təxminən 100-120 metr olan sıldırım qayanın üzərindəki baş qüllə müşahidə aparmaq və lazım gəldikdə,işarə vermək üçün tikilib. Burada dayanan əsgərlər Dəmirqapı Dərbənddən Beşbarmaq səddinə kimi dəniz sahili boyu 100 kilometrə qədər ərazini nəzarətdə saxlaya bilirmişlər. Mədəniyyət sahəsinə, xüsusən də tarixi mədəniyyət abidələrinə yüksək diqqət göstərənölkə başçısının 15 yanvar 2019-cu il tarixli 890 saylı Sərəncamına əsasən, Çıraqqala abidəsində möhkəmləndirmə və bərpa konservasiya işlərinin görülməsinə start verilib. Bu bərpa-konservasiya işləri indi də uğurla davam etdirilir və tezliklə başa çatdırılacaq.
GILGILÇAY İSTEHKAMLAR KOMPLEKSI
Gilgilçay səddi Dərbənd keçidində tikilmiş “Uzun divarlar” adlanan müdafiə istehkamlarından ən əhəmiyyətlisidir. Hələ erkən feodalizm dövründən məlumdur ki, Qafqaz Albaniyasında köçəri hücumlarının qarşısını almaq üçün müdafiə sədləri tikilirdi və həmin sədlərdən ən möhtəşəmi Gilgilçay istehkamıdır.Bəzi mənbələrə əsasən, Çıraqqalanın yerləşdiyi möhtəşəm Gilgilçay səddi məşhur Çin səddindən sonra dünyada ikinci nəhəng müdafiə istehkamıdır. Şimaldan cənuba keçilməsi mümkün olan bütün yolları faktiki olaraq bağlayan bu sədd dənizdən Baba dağına qədər uzanır.
Gilgilçay səddi 4 hissədən ibarətdir və hər 30-35 metr məsafədənbir bürc və ya qüllə ucaldılıb. Səddəən uca bürcün hündürlüyü 4.7 metr,eni isə 7.2 metr təşkil edir. Bürc və divarlar əsasən yonulmamış daşlardan tikilib.
QƏDİM ŞABRAN ŞƏHƏRİ
Şabran şəhəri Azərbaycanın möhtəşəm, qədim şəhərlərindən biridir və əldə olan məlumatlara əsasən, Şamaxıdan əvvəl Şirvanşahlar dövlətinin paytaxtı olub.
Böyük İpək Yolu üzərində (Şabran
rayonunun Şahnəzərli kəndi ərazisində)
yerləşən və V əsrə aid olan bu şəhər
iqtisadi, ticarət və mədəni mərkəz kimi
daim diqqət mərkəzində olmuşdur.
Şabran şəhəri Abşeron yarımadasından
Dərbənd keçidinə aparan karvan yolu üzərində yerləşir. Şəhərin adı bəzi mənbələrdə müxtəlif formalarda (Şaburan, Sabiran, Şapuran, Saturan və Saparan) verilsə də, əsil adı Şabran kimi qalmışdır.
XVII əsrin sonlarına qədər Şabran
şəhərinin yeri Azərbaycan üçün mühüm
mədəni-iqtisadi və hərbi-strateji mərkəz
rolunu oynayıb. Şəhərin çiçəklənmə
dövrü IV-XII əsrləri ehtivaedir.
Monqolişğalları zamanı həm şəhər,
həm də onun ətrafında olan yaşayış
yerləri tənəzzül etməyə başlamışdır.
Lakin belə strateji mövqedə yerləşən
şəhərin hansı səbəbdən tənəzzül
etməsi hələ də tam şəkildə aydın deyil.
Xatırladaq ki, böyük Azərbaycan şairi
Əfzələddin Xaqani (XII əsr) Şirvanşah
Əxistanın qəzəbinə düçar olanda məhz
Şabran qalasında həbsə atılıb və məşhur
“Həbsiyyəsini” burada yazıb.
Ötən əsrin 30-cu illərindən başlayaraq
həyata keçirilən elmi tədqiqatlar və
5000 kvadratmetrdən çox ərazidə
aparılan arxeoloji qazıntılar nəticəsində
şəhərin yaşayış evlərinin strukturunu
da müəyyən etmək mümkün olmuşdur
(bu evlərin hamısının bünövrəsində lay
daşları olmuş və evlər bişmiş kərpicdən
tikilmışdir).
Azərbaycanda IX əsrə aid kanalizasiya sistemi ilk dəfə Şabranda aşkar
olunub. Daş və kərpicdən hörülmüş
və şəhərin mərkəzi məhəlləsini çay ilə
birləşdirən bu sistem şəbəkəli formada
və örtülü olmuşdur. XI-XII əsrlərdə
Şabranlılar bulaq suyunu şəhərə 14
km məsafədən xüsusi tünglər (saxsı
su qabları) vasitəsilə gətirərmişlər.
Şirvanşahlar dövlətinin ailə sərdabəsi,
zindan həbsxanası və zərbxanaları
Şabran şəhərində olmuşdur. Şabran
qızılın əyarının müəyyənləşdirilməsində
istifadə olunan məhək daşı ilə məşhur idi.
Şəhərin 70 məhəlləsi və hər məhəllənin
özünün məscidi olmuşdur.Aparılan
qazıntılar zamanı əldə edilən maddi
mədəniyyət nümunələrindən bəlli olur
ki, Şabran şəhərində sənətkarlıq yüksək
səviyyədə inkişaf etmişdir. Burada
şirsiz və şirli saxsı qablar hazırlanırdı.
Sənətkarlığın çox mühüm sahələrindən
biri olan şüşə istehsalıda məhz Şabranda
inkişaf etmişdir. Öz çörəyi,düyüsü və
digər məhsulları ilə məşhurolan Şabran
şəhərindən dünya bazarlarında yüksək
qiymətləndirilən ipək və yun parçalar,
eləcə də xalçalar və boyaq maddələri
ixrac edilirdi. Tədqiqatçılar tərəfindən
Şabranda möhtəşəm ictimai binanın
qalıqları, habelə XI əsrə aid şəhərin küçə
və meydanlarının ümumi planı aşkar
olunmuşdur.
Pir xəlil türbəsi gilgilçay qəsəbəsindəki təpəlik də yerləşən pir xəlil türbəsi xvııı əsr azərbaycan memarlığının ma raqlı incilərindən biridir. bu türbədə dəfn edilmiş pir xəlil babanın şəxsiyyəti haqqında ətraflı məlumat azdır. yalnız ədəbi mənbələrdən belə məlum olur ki, pir xəlil baba xvııı əsrin məşhur sufi dərvişlərindən olub.Yerli camaat müxtəlif göz ağrıları səbəbindən bu piri ziyarətə gələr və pirin divarlarına əski parçaları bağlayardılar. pir xəlil baba“bektaşiyyə” və ya onun qolu olan“ baba sammit dərvişləri” cəmiy yətlərinin üzvü imiş. sufi təşkilatı olan “bektaşiyyə” cəmiyyətinin üzvləri geniş xalq kütlələri ilə sıx əlaqədə idilər.şirvan torpağında fəaliyyət göstərənpir xəlil babada bu cəmiyyətlərin ən tanınmış nümayəndələrindən biri idi. pirxəlil baba vəfat etdikdən sonra onun məzarı pirə çevrilmişdir.
ŞƏHƏRGAH
Qədim Albaniya dövlətinin ən
mühüm müdafiə istehkamlarından
biri olan Şəhərgahın (bəzi mənbələrdə
müəlliflər onun adını Şəhərgə kimi
də qeyd etmişlər) yeri təsadüfi seçim
olmayıb. Tarixi qaynaqlarda bu
barədə iki ehtimal göstərilib: 1-ci
ehtimala əsasən, Sasani dövləti şimal
sərhədlərini möhkəmləndirmək üçün
Dərbənd şəhərində özünə iqamətgah
inşa etdirib.Bu iqamətgah ilə Şamaxı
şəhərindəki iqamətgah arasında
məsafəni qısaltmaq və daha yaxın
əlaqə yaratmaq məqsədilə şahın atlı
dəstələri gediş-gəliş üçün bu dağlıq
ərazidən istifadə edərdilər.2-ci
ehtimala görə isə 261-ci ildə Sasani
şahı I Şapurun (241-272) sərəncamı
ilə burada iqamətgah tikilir.Şəhərgah
adlı bu möhtəşəm qala-şəhər
monqolların vəhşi istilası nəticəsində
tamamilə məhv edilib.
QƏDİM QƏBİRİSTANLIQ
Çıraqqalanın yaxınlığındakı yaşayış
nişanələri artıq yox olsa da, “Qala”
adlanan abidənin, yəni Çaraqqalanın
təxminən 250-300 metrliyində yerləşən
məzarlıq indi də qalır. Məzarlıq olduqca
böyük bir ərazini əhatə edir. Qəbirləri
əlamətlərinə görə belə qruplaşdırmaq
olar: 1. Kütləvi məzarlıqlar. Aydın
görünür ki, belə qəbirlər müharibələr
nəticəsində yaranıb. 2. Ayrıca dəfn
edilmiş insanların səliqəli qəbirləri. Bu
qəbirlərin bəzilərinin üstündə yazılı
sanduqələr var. Ərəb əlifbasını bilən
adamlar bu yazıların ərəb qrafikası
ilə yazılmadığını qeyd edirlər. Yazılı
mənbələrə əsasən, məşhur tarixçi
Məşədixanım bu məzarlıqda olub.
ÇARAQQALA
Çaraq kəndinə bir qədər də yaxın olan və həmişə sadəcə “Qala”adlanan bu abidənin adı sənədlərdə “Çaraqqala”yazılıb. Bu abidə Misirin daş ehramlarından daha əvvəl mövcud olmuş torpaq ehramlardan biridir. Tarixçi alim Şakir Qabussanlı göstərir ki, daş ehramlardanəvvəl torpaq ehramlar mövcud olub.Alim həm də qeyd edir ki, torpaq
ehramlara daha çox Azərbaycanda
rast gəlmək mümkündür və nümunə
kimi, Qobustanda olan torpaq ehramı
göstərir. Həmçinin, belə abidələrə
Şabran və Qubada da rast gəlinir.
Ehtimala əsasən, abidənin “Qala”,
yəni Çaraqqala adlandırılması daha
sonralar bu ehramdan müdafiə məqsədi
ilə istifadə olunması ilə əlaqədardır.
QƏDİM ŞABRAN ŞƏHƏRİ
Şabran şəhəri Azərbaycanın möhtə
şəm, qədim şəhərlərindən biridir vəəldə
olan məlumatlara əsasən, Şamaxıdan
əvvəl Şirvanşahlar dövlətinin paytaxtı
olub. Böyük İpək Yolu üzərində (Şabran
rayonunun Şahnəzərli kəndi ərazisində)
yerləşən və V əsrə aid olan bu şəhər
iqtisadi, ticarət və mədəni mərkəz kimi
daim diqqət mərkəzində olmuşdur.
Şabran şəhəri Abşeron yarımadasından
Dərbənd keçidinə aparan karvan yolu üzərində yerləşir. Şəhərin adı bəzi
mənbələrdə müxtəlif formalarda (Şaburan, Sabiran, Şapuran, Saturan və Saparan) verilsə də, əsil adı Şabran kimi qalmışdır.
XVII əsrin sonlarına qədər Şabran
şəhərinin yeri Azərbaycan üçün mühüm
mədəni-iqtisadi və hərbi-strateji mərkəz
rolunu oynayıb. Şəhərin çiçəklənmə
dövrü IV-XII əsrləri ehtivaedir.
Monqolişğalları zamanı həm şəhər,
həm də onun ətrafında olan yaşayış
yerləri tənəzzül etməyə başlamışdır.
Lakin belə strateji mövqedə yerləşən
şəhərin hansı səbəbdən tənəzzül
etməsi hələ də tam şəkildə aydın deyil.
Xatırladaq ki, böyük Azərbaycan şairi
Əfzələddin Xaqani (XII əsr) Şirvanşah
Əxistanın qəzəbinə düçar olanda məhz
Şabran qalasında həbsə atılıb və məşhur
“Həbsiyyəsini” burada yazıb.
Ötən əsrin 30-cu illərindən başlayaraq
həyata keçirilən elmi tədqiqatlar və
5000 kvadratmetrdən çox ərazidə
aparılan arxeoloji qazıntılar nəticəsində
şəhərin yaşayış evlərinin strukturunu
da müəyyən etmək mümkün olmuşdur
(bu evlərin hamısının bünövrəsində lay
daşları olmuş və evlər bişmiş kərpicdən
tikilmışdir).
Azərbaycanda IX əsrə aid kanalizasiya sistemi ilk dəfə Şabranda aşkar
olunub. Daş və kərpicdən hörülmüş
və şəhərin mərkəzi məhəlləsini çay ilə
birləşdirən bu sistem şəbəkəli formada
və örtülü olmuşdur. XI-XII əsrlərdə
Şabranlılar bulaq suyunu şəhərə 14
km məsafədən xüsusi tünglər (saxsı
su qabları) vasitəsilə gətirərmişlər.
Şirvanşahlar dövlətinin ailə sərdabəsi,
zindan həbsxanası və zərbxanaları
Şabran şəhərində olmuşdur. Şabran
qızılın əyarının müəyyənləşdirilməsində
istifadə olunan məhək daşı ilə məşhur idi.
Şəhərin 70 məhəlləsi və hər məhəllənin
özünün məscidi olmuşdur.Aparılan
qazıntılar zamanı əldə edilən maddi
mədəniyyət nümunələrindən bəlli olur
ki, Şabran şəhərində sənətkarlıq yüksək
səviyyədə inkişaf etmişdir. Burada
şirsiz və şirli saxsı qablar hazırlanırdı.
Sənətkarlığın çox mühüm sahələrindən
biri olan şüşə istehsalıda məhz Şabranda
inkişaf etmişdir. Öz çörəyi,düyüsü və
digər məhsulları ilə məşhurolan Şabran
şəhərindən dünya bazarlarında yüksək
qiymətləndirilən ipək və yun parçalar,
eləcə də xalçalar və boyaq maddələri
ixrac edilirdi. Tədqiqatçılar tərəfindən
Şabranda möhtəşəm ictimai binanın
qalıqları, habelə XI əsrə aid şəhərin küçə
və meydanlarının ümumi planı aşkar olunmuşdur.
Pir xəlil türbəsi gilgilçay qəsəbəsindəki təpəlik də yerləşən pir xəlil türbəsi xvııı əsr azərbaycan memarlığının ma raqlı incilərindən biridir. bu türbədə dəfn edilmiş pir xəlil babanın şəxsiyyəti haqqında ətraflı məlumat
azdır. yalnız ədəbi mənbələrdən belə
məlum olur ki, pir xəlil baba xvııı
əsrin məşhur sufi dərvişlərindən olub.
yerli camaat müxtəlif göz ağrıları
səbəbindən bu piri ziyarətə gələr
və pirin divarlarına əski parçaları
bağlayardılar. pir xəlil baba
“bektaşiyyə” və ya onun qolu olan
“baba sammit dərvişləri” cəmiy yətlərinin üzvü imiş. sufi təşkilatı
olan “bektaşiyyə” cəmiyyətinin
üzvləri geniş xalq kütlələri ilə sıx
əlaqədə idilər.şirvan torpağında
fəaliyyət göstərənpir xəlil baba
da bu cəmiyyətlərin ən tanınmış
nümayəndələrindən biri idi. pir
xəlil baba vəfat etdikdən sonra
onun məzarı pirə çevrilmişdir.
ŞƏHƏRGAH
Qədim Albaniya dövlətinin ən
mühüm müdafiə istehkamlarından
biri olan Şəhərgahın (bəzi mənbələrdə
müəlliflər onun adını Şəhərgə kimi
də qeyd etmişlər) yeri təsadüfi seçim
olmayıb. Tarixi qaynaqlarda bu
barədə iki ehtimal göstərilib: 1-ci
ehtimala əsasən, Sasani dövləti şimal
sərhədlərini möhkəmləndirmək üçün
Dərbənd şəhərində özünə iqamətgah
inşa etdirib.Bu iqamətgah ilə Şamaxı
şəhərindəki iqamətgah arasında
məsafəni qısaltmaq və daha yaxın
əlaqə yaratmaq məqsədilə şahın atlı
dəstələri gediş-gəliş üçün bu dağlıq
ərazidən istifadə edərdilər.2-ci
ehtimala görə isə 261-ci ildə Sasani
şahı I Şapurun (241-272) sərəncamı
ilə burada iqamətgah tikilir.Şəhərgah
adlı bu möhtəşəm qala-şəhər
monqolların vəhşi istilası nəticəsində
tamamilə məhv edilib.
QƏDİM QƏBİRİSTANLIQ
Çıraqqalanın yaxınlığındakı yaşayış
nişanələri artıq yox olsa da, “Qala”
adlanan abidənin, yəni Çaraqqalanın
təxminən 250-300 metrliyində yerləşən
məzarlıq indi də qalır. Məzarlıq olduqca
böyük bir ərazini əhatə edir. Qəbirləri
əlamətlərinə görə belə qruplaşdırmaq
olar: 1. Kütləvi məzarlıqlar. Aydın
görünür ki, belə qəbirlər müharibələr
nəticəsində yaranıb. 2. Ayrıca dəfn
edilmiş insanların səliqəli qəbirləri. Bu
qəbirlərin bəzilərinin üstündə yazılı
sanduqələr var. Ərəb əlifbasını bilən
adamlar bu yazıların ərəb qrafikası
ilə yazılmadığını qeyd edirlər. Yazılı
mənbələrə əsasən, məşhur tarixçi
Məşədixanım bu məzarlıqda olub.
ÇARAQQALA
Çaraq kəndinə bir qədər də yaxın olan və həmişə sadəcə “Qala”adlanan bu abidənin adı sənədlərdə “Çaraqqala”yazılıb. Bu abidə Misirin daş ehramlarından daha əvvəl mövcud olmuş torpaq ehramlardan biridir. Tarixçi alim Şakir Qabussanlı göstərir ki, daş ehramlardanəvvəl torpaq ehramlar mövcud olub.
Alim həm də qeyd edir ki, torpaq
ehramlara daha çox Azərbaycanda
rast gəlmək mümkündür və nümunə
kimi, Qobustanda olan torpaq ehramı
göstərir. Həmçinin, belə abidələrə
Şabran və Qubada da rast gəlinir.
Ehtimala əsasən, abidənin “Qala”,
yəni Çaraqqala adlandırılması daha
sonralar bu ehramdan müdafiə məqsədi
ilə istifadə olunması ilə əlaqədardır.
Atayeva Günay