Vetennamine.az – ın şimal bölgə müxbiri xəbər verir ki, bugün Şabran rayon Mədəniyyət Mərkəzi və Xaqani Poeziya Evinin birgə təşkilatçılığı ilə “21 Fevral-Beynəlxalq Ana dili günü” ilə bağlı “Dilimiz bizim milli sərvətimizdir” adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə Poeziya Evinin müdiri açıb.Tədbirdə yerli yazarlarla yanaşı Şabran rayon 4 və 5 saylı tam orta məktəbin şagird və müəllim kollektivi, mədəniyyət müəssisələrinin əməkdaşları da iştirak edib. Qısa metrajlı film nümayiş olunduqdan sonra şair Gülnar Zakirqızı, “Şabran” xalq teatrının üzvü Nurlan Fərhadlı, məktəblilər Ana dilimiz haqqında şeir və mahnılar ifa ediblər. Sonda Şabran rayon Mədəniyyət Mərkəzinin direktoru Şəfiqə Məmmədova tədbir iştirakçılarını təbrik edib və dilimizin qorunması, təbliği yolunda keçirilən bu kimi səmərəli tədbirlərin əhəmiyyətindən söz açıb.
Atayeva Günay