Vetennamine.az – ın şimal bölgə müxbiri xəbər verir ki, 09 dekabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Şabran rayon Təşkilatının və Şabran rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Xalqımızın Ümumilli Lideri Heydər Əliyevin vəfatının 19-cu il dönümü ilə bağlı “Heydər Əliyev: Liderlik, Öndərlik və Əbədiyaşarlığa yeni reallıqlardan baxış” mövzusunda elmi-praktiki onlayn konfrans tədbiri keçirilmişdir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Nəzarət Təftiş Komissiyasının üzvü, Azərbaycan Respublikası Milli Məclisin deputatı, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Türkiyə Ərzurum Atatürk Universitetinin professoru, elmlər doktoru, Azərbaycan -Turkiyə əlaqələrinin və Heydər Əliyev irsinin tanınmış tədqiqatçı alimi Kerem Karabulut, Azərbaycan Milli Elmlər Akademiyasının siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent , Ulu Öndər Heydər Əliyevin irsinin tədqiqatçısı Sənan Həsənov, Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işcisi, doktorant Xanımağa İsmayılova, Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov, YAP Şabran rayon təşkilatının Ərazi Partiya Təşkilatlarının sədrləri, eləcə də, idarə, təşkilat, müəssisə rəhbərləri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan YAP Mədəniyyət ərazi partiya təşkilatının sədri, Şabran rayon Heydər Əliyev Mərkəzinin direktoru Təvəkgül Əliyev, Milli Məclisin deputatı Sadiq Qurbanov, elmlər doktoru, alim Kerem Karabulut, fəlsəfə doktoru, dosent Sənan Həsənov, Azərbaycan Milli Elmlər Akademiyası elmi işçisi, doktorant Xanımağa İsmayılova və YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov öz çıxışlarında qeyd etmişlər ki, Müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz məktəbdir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin, intibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başladığı, müstəqilliyimizin məhz Ulu Öndər Heydər Əliyevin sayəsində əbədi və dönməz xarakter aldığı və ölkəmizin dünyada layiq olduğu mərtəbəyə Dahi Şəxsiyyətin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti və dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksəkliyə doğru irəlilədiyi vurğulanmışdır.
Atayeva Günay