Vetennamine.az -ın bölgə müxbiri xəbər verir ki, şabran rayon Mərkəzi Kitabxananın Uşaq şöbəsində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və tarixi gücümüz” adlı şeir gecəsi keçirildi. Arzu xanim məruzə edərək bildirdi ki, Heyder Əliyevin Şah Əsəri olan Azərbaycan xalqı , oun əbədi və əzəli olan tarxi gücünü hecvaxt unutmayaraq yaddaşa yazdı. Seçilmiş insanlar bir qayda olaraq fərqli missiya yerinə yetirirlər. Tarixin mənzərəsini yaratmaq onların üzərinə qoyulmuş vəzifədir. Heydər Əliyev heç şübhəsiz, seçilmiş insanlar siyahısına aid edilməlidir. Onun həyatının mənası da, tükənməz enerjisi də, qətiyyəti və müdrikliyi də seçilmiş insan olmasından irəli gəlir. Buna görə də Azərbaycanın tarixində Heydər Əliyevin ayrıca rolu və yeri vardır. Həyat inkişaf edir, nəsillər dəyişir, yeni nəsil səhnəyə çıxır. Lakin Heydər Əliyev fenomeni bütün dövrlər və nəsillər üçün əbədilik statusunu qazanıb. Haqqında söhbət etdiyimiz ecazkar hadisənin səbəblərini araşdırmağa çalışsaq, ilk növbədə, Heydər Əliyevin Azərbaycanın müasir tarixinin gedişinə misilsiz təsirini qeyd etmək lazım gələr. Əslində, bu tarixi Heydər Əliyev yaradıb.
Atayeva Günay




















