Vetennamine.az – ın şimal bölgə müxbiri xəbər verir ki, bugün Yeni Azərbaycan Partiyası (YAP) Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov və təşkilatın əməkdaşları, Şabran rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Hüseyn İlyasov və Humanitar məsələlər üzrə müavini İlkin Ağayev 44 Vətən müharibəsi şəhidi Balağayev Seyfəddin Vahid oğlunun doğum günü ilə əlaqədar ailəsini ziyarət ediblər.
Görüşdə Seyfəddin Balağayevin şərəfli həyat və döyüş yolundan, Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan danışılıb, şəhid ailəsinin qayğı və problemləri dinlənilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Atayeva Günay