Vetennamine.az ın şimal zonası üzrə bölgə müxbiri xəbər verir ki, bu gün Xaqani Poeziya Evində “Narkomaniyaya “yox” deyək!” mövzusunda tədbir keçirildi. Tədbirə üç nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri cəlb olunmuşdu. Tədbiri Porziya Evinin direktoru şairə Aybəniz Əliyar açaraq narkomaniyanın necə bir bəla olduğunun ona düçar olan bir vətəndaşın necə məhv olduğundan söz acdı. Sora Mədəniyyət Mərkəzinin direktoru Şəfiqə xanım Məmmədova bu yöndə keçirilən tədbirlərin əhəmiyyətindən danışdı. Şabran Rayon Polis İdarəsindən dəvət olunan Narkotiklərlə mübarizə Qrupunun əməliyyat müvəkkili, polis baş leytenantı Rövşən Ələkbərov da şagirdlərimizə geniş və dolğun məlumat verdi. Sonra tədbir iştirakçıları – yazarlardan Zakir Bayramlı, Tural Coşqun, Vüsalə Anar, Şimal zonası üzrə bölgə müxbiri Günay Atayeva da çıxış ederek məktəblilərimizin bu yöndə maarifləndirilməsi üçün əlindən gələni edecəyini vurquladı.