Vetennamine.az -ın bölgə müxbiri xəbər verir ki, bugün şabran rayon Mərkəzi kitabxananin Uşaq şöbəsinin oxu zalında 28 may Respublika günü ilə əlaqədar “İnsanlara huriyyət,millətlərə istiqlal” adlı tədbir keçirildi.
Təbdirdə M.Nəzirov adına 4 saylı məktəbin ibtidai sinif müəlliməsi Şəfa Babayeva,3-cü sinif şagirdləri, kitabxananın fəal oxucuları,Vətənnamine.az saytının əməkdaşı Günay Atayeva iştirak edirdilər.
Tədbiri Uşaq şöbəsinin müdiri Arzu İsayeva açaraq bildirdi ki ,28 may Respublika günü,bizim şanlı tariximizdir və bu tarixi yaratmaq çətindi amma onu qoruyub saxlamaq daha da çətindir.Əbədi olan müstəqilliyimiz əbədi olaraq yaşayacaq və yaşadılacaqdır.
Daha sonra Uşaq şöbəsinin işçisi Aynur Mirzəyeva,” Bir kərə yüksələn bayraq bir daha enməz” şuarıyla mövzu barədə ətraflı məlumat verdi.
Sonra M. Nəzirov adına 4 saylı məktəbin sinif müəlliməsi Şəfa Babayeva və Günay Atayeva bildirdilər ki, müstəqilliyimizin rəmzi olan 3 rəngli bayraq bizim dünyaya göstərdiyimiz azadlıq simvoludur. Müstəqilliyin tarixi yaranan gündən,bu yolda canını,həyatını vətənə həsr edən tarixi şəxsiyyətlər qarşısında baş əyirik…Biz mübarizlər ölkəsinin – övladlarıyıq.Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.
Atayeva Günay















