Vetennamine.az – a müsahibə veren, Gülnar Zakir qızı bildirir ki ,16.03.1987 tarixdə Şabran rayonunda dəmiryolçu ailəsində dünyaya göz açmışam.Ailənin ilk övladıyam.Qardaşım və iki bacım var.Atam Dadaşov Zakir dəmiryolçudur.Anam Dadaşova Gülarə xanım müəyyən səbəblərdən ali təhsilini başa vura bilməsə də çox istedadlı və şeirə sənətə maraq göstərən bir xanımdır.Elə anamın şair ruhundan doğulub şeirə maraq göstərmişəm.
Şeir yazmağa hələ ibtidai siniflərdən başlamışam.İlk şeirimi ilk müəlliməm Lətifə müəlliməyə ithaf etmişəm.9-cu sinfi bitirənə qədər Şabran rayonunda böyümüşəm.Orta təhsilimi Xaçmaz şəhərində başa vurmuşam.İsmət Qayıbov adına məktəbin 2005 ci il məzunuyam.10-11 ci siniflərdə oxuyarkən Xaçmaz şəhər “Ulduzlar”ədəbi məclisinin ən gənc üzvü olmuşam.O zamanlar Xaçmaz qəzetində şeirlərimin bir çoxu çap olunub.Quba şəhərinin ədəbi məclislərində qonaq kimi iştirak etmişəm.Hal – hazırda ailəliyəm üç övladım var.
2022-ci ildən Şabran rayon Xaqani Şirvani adına poeziya evinin üzvüyəm.Poeziya evimizin on illiyinə həsr olunmuş Şəm adlı kitabda “Mənə” adlı şeirim çap olunub.Şəhid Həsənov Xəyalın xatirəsinə həsr olunmuş kitabda “Şəhid “adlı şeirim çapa verilib.
Sizlərə Mənə şerini təqdim edirik:
MƏNƏ
Heç doymadım sınağından ey tanrım,
Səndən gələn hər imtahan xoş mənə.
Milyon yağmur göz yaşından islandım,
İslanmışın nə qorxusu boş mənə.
Nakam qalan arzularım bir sınaq,
Təki bilim hər sınaqda üzüm ağ.
Dinsizlərdən qoşun -qoşun çəkdim dağ,
Qoşun -qoşun orduları qoş mənə.
İmansıza yaman adda şöhrətdi,
Tanrısını dərk etməyən mürtətdi.
Sərt sınaqlar sinəmdə buz möhnətdi.
Çata bilməz nə qaya,nə daş mənə.
Bəxş etmisən dünya boyda sərvətin,
Əlimdəki fikirlərim zinətim.
Şəxsiyyətlər verib mənə qiyməti,
Cahil fikri gələ bilməz tuş mənə.
Yıxılmışam tək başıma qalxmışam,
Sərt qayalar ,uçurumlar aşmışam.
Səndən bəxşiş şair ruhu almışam,
Lazım deyil ləl, cəvahir,qaş mənə.
Atayeva Günay
Vetennamine.az xəbər portalı