8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Şabran rayon İcra Hakimiyyətində tədbir keçirilmişdir.
Vetennamine.az – ın şimal bölgə müxbiri xəbər verir ki, tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin anaları və ailə üzvləri, Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov və Şabran rayon İcra Hakimiyyəti başçısı Aparatının qadın kollektivi iştirak etmişdir.
Çıxış edən Asif Hüseynov şəhid analarının və xanımlarının, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ömür-gün yoldaşlarının, xalq üçün layiqli oğullar böyüdən əsgər analarının, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi naminə yüksək fədakarlıq edən qadınların timsalında bütün xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etmiş və onlara ən xoş arzularını yetirmişdir.
Atayeva Günay