vetennamine.az saytı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına əsasən bildirir ki, vətəndaşlar aksiyalar zamanı minimum 5 litr tutumu olan şüşə tullantı və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ağac tingləri əldə edə biləcəklər.
ETSN hər kəsi aksiyada fəal iştirak etməyə, ağac əkməyə və qorumağa, eyni zamanda tullantıların təkrar emalına dəstək olmağa çağırır.
Aksiyaların keçiriləcəyi ərazilər:
Bazarstore Sabirabad (Sabirabad rayonu, Heydər Əliyev prospekti, 31)
23 mart, saat 11:00
Bazarstore Lənkəran (Qala Xiyabanı, Lənkəran)
24 mart, saat 12:00
Asiman Xəlili
vetennamine.az Mətbuat Xidməti