Sabah hava necə olacaq?

Milli Hidrometeorologiya Xidmətinin Vetennamine.az-a verdiyi məlumata əsasən yanvarln 31-i Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə duman. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3° isti, gündüz  7-12° isti,

Bakıda gecə  1-3° isti, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 60-70  % olacaq.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 31-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün  əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin gecə və səhər  bəzi dağlıq ərazilərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 18°-dək şaxta, gündüz 0-5° şaxta olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.