Sabah hava necə olacaq?

Martın 20-də gözlənilən hava şəraiti açıqlanıb.

Vetennamine.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Abşeron yarımadasının bəzi ərazilərində yağışın sulu qarla qarışıq yağma ehtimalı var.
Şimal-qərb küləyi yarımadanın bəzi yerlərində arabir güclənəcək. Havanın temperaturu gecə və gündüz 2-5° isti, Bakıda gecə və gündüz 2-5° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-9° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 0-5° şaxta olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.