Sabah hava necə olacaq?


Milli Hidrometeorologiya Xidmətinin Vetennamine.az-a verdiyi məlumata əsasən yanvarın 29-u
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 0-3° isti, gündüz 6-9° isti olacaq.
Bakıda gecə 1-3° isti, gündüz 7-9° isti olacaq.
Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət 60-70 % olacaq.
Tibbi-meteoroloji proqnoz
Yanvarın 29-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında
Əsasən yağmursuz. Lakin gecə bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı ehtimalı var.
Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta,
yüksək dağlıq ərazilərdə 18°-dək şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.