Sabah 15 dərəcəyədək isti olacaq

Fevralın 2-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Vetennamine.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında gecə 0-3° isti, gündüz 8-12° isti, Bakıda gecə 1-3° isti, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi 764 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət 60-70 % olacaq.

Fevralın 2-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 14°-dək şaxta, gündüz 2-7° isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.