Qarabağ ərazisində müvəqqəti yerləşən Rusiya şərməramlı qüvvələri üzərlərinə düşən vəzifələri birtərəfli qaydada yəni ermənilərin marağında fəaliyyət göstərirlər.Belə ki, bu ilin dekabrın 3-də və 7-də Kontingentin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi , Ekologiya və Təbii Sərvətlər Nazirliyi , Əmlak Məsələləri Dövlət Xidməti və ” AzerGold QSC” -nin mütəxəssislərindən ibarət heyyət Rusiya şərməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı monitorinq aparmalı idilər.Separatçı qüvvələrin qanunsuz aksiya keçirmələri və şərməramlıların onlara mane olmaması ucbatından monitorinq baş tutmadı.Bununla əlaqədar Şuşa ərazisində şərməramlıların nəzarətində olan yolun bir hissəsində Azərbaycanlı fəallar və ekologiya üzrə QHT-lərin üzvlərinin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoymaq tələbi ilə aksiya etiraz aksiyası başlamışdır və hələ də davam edir.
Aksiya iştirakçılarının əsas tələbi şərməramlı qüvvələrin komandanı Volkovla görüşüb monitorinqi davam etdirmək üçün təminat almaqdır.Aksiya iştirakçılarından vetennamine.az saytına verilən məlumata görə Rusiya şərməramlı qüvvələri bugün səhər saatlarında aksiya ilə bağlı qərar veriblər.Qərarda bildirilir ki , onlar tərəfindən aksiyanın keçirilməsinə müdaxilə edilməyəcək. Əlavə olaraq bildirmək istərdik ki, redaksiyamıza Azərbaycan Qarabağ Müharibəsi Əlilləri , Veteranları və Şəhid Ailələri ictimai birliyinin minlərlə üzvü şəhər və rayonlar üzrə filial sədrləri məlumat veriblər ki, aksiyada iştirak üçün səfərbər olublar və həmin əraziyə getmək üçün aidiyyatı qurumlarla razılaşma işləri həyata keçirilir.Nəzərinizə çatdırmaq istərdim ki , Rusiyanın şərməramlı qüvvələrinin hansı ölkənin ərazisində yerləşmələrindən asılı olmayaraq sülh və ədalətin bərpa olunması əvəzinə konfliktlər yaranır.
Aris Məmmədov