ŞƏHİDLƏRİN DƏFN MƏRASİMİ

Bu gün toxunduğum məsələ çoxlarımızın ağrılı yeridir. Azərbaycan öz müstəqilliyini ikinci dəfə əldə etdikdən sonra nankor qonşumuz olan Ermənistan Rusiya başda olmaqla öz havadarları ilə ərazi iddiası irəli sürməklə 20 % ərazimizi işğal etdi. Öncə könüllü dəstələr, sonradan yeni formalaşan Azərbaycan Ordusu düşmənlə qeyri-bərabər döyüşdə ərazimizin 80 %-ni qoruyub saxlaya bildi. Təəssüf hissi ilə demək istəyirəm ki, bu döyüşlərdə şəhidlər verdik və çoxlu sayda hərbiçi sağlamlığını itirərək əlil oldu.

Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri dinindən və təriqətindən asılı olmayaraq Azərbaycanın müdafiəsinə qalxdı. Bu müqəddəs Vətən müharisində şəhid olanların dəfn mərasimləri müxtəlif qaydada keçirilir. Bu qaydalar son zamanlar böyük narazılıqla qarşılanır. Şəhidin dəfn mərasimi adi vətəndaşın dəfn qaydasından fərqlənməlidir. Bundan əlavə döyüşdə iştirak edənlər də kateqoriyalara bölünür. Belə hallar VƏTƏNPƏRVƏRLİK hisslərinin yüksəlməsinə xidmət etmir. Belə halların qarşısının alınması üçün təkliflərimi sizlərin müzakirəsinə buraxıram. İctimai dəsdək alarsa qanunvericiliyə salınması üçün dövlət başçısına müraciət hazırlamağı düşünürəm.

Təkliflər.

  1. Ermənistanın Azərbaycana təcavüzü başlandığı gündən sülh müqaviləsi bağlanana qədər VƏTƏN MÜHARİBƏSİ adlansın.
  2. Vətən Müharibəsində iştirak edənlər eyni statusa malik olsunlar.
  3. Şəhidlərin dəfn olunmaqaydası hazırlansın və dinindən, təriqətindən asılı olmayaraq eyni qaydada keçirilsin.
  4. Şəhidlərin dəfn və yas mərasimində məzhəb təbliğatı qadağan edilsin.
  5. Silahlı Qüvvələrin nümayəndə heyətinin, şəhər və rayon rəhbərlərinin dəfn və yas mərasimində iştirakı vəzifə borclarına salınsın.
  6. Şəhidin yas mərasimi dövlət hesabına eyni qaydada keçirilsin.
  7. Şəhidlərin baş daşları eyni formada hazırlansın.

Eləvə təkliflərinizi rəy bölməsində yazın.

Əgər bu təkliflərin  həyata keçirilməsinə nail ola bilsək yaxın gələcəkdə Azərbaycanda məzhəb məsələri yox olar, islam dini dahada möhkəmlənər.

Müəllif: Aris Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.