Şəhidlərin ailə üzvlərinə və müharibə iştirakçılarına dövlət qayğısı


Vətən Müharibəsi veteranı Ruslan Ağamalıyevin Şəhid ailələrinə , Qazilərə dövlətin diqqət və qayğısı haqqında vetennamine.az saytına verdiyi müsahibəni sizə təqdim edirəm :
Prezident İlham Əliyev Araz Əhmədovu Masallı, Əkbər Abbasovu Lerik və Elvin Paşayevi Göygöl rayon icra hakimiyyətlərinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən bildirdi ki, şəhid ailələrinə xüsusi qayğı göstərilməlidir. Dövləttərəfindən bu məsələ prioritet istiqamətdir. İkinciQarabağ müharibəsindən əvvəl və hazırda da şəhidailələrinə daim həssaslıqla yanaşılır.
Qəbul zamanı şəhid ailələri, müharibə əlilləri iləçoxsaylı görüşlər keçirdiyini qeyd edən AzərbaycanPrezidenti daha sonra bildirib: “Onların məişətproblemləri dövlət xətti ilə həll olunur, 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdievlər verilmişdir, minlərlə minik maşınları verilmişdir. Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeronrayonlarında şəhid ailələrinin evlə təminatı məsələləriartıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlətxətti ilə bu iş görüləcək. Yəni, dövlət öz üzərinə düşənvəzifəni icra edir. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylıtədbirlər həyata keçirilir. Əsas odur ki, yerlərdə də bukateqoriyadan olan insanlara diqqət göstərilsin. Rayonicra orqanlarının nümayəndələri onlara biganəqalmasınlar, əksinə, daim onların yaşayışı iləmaraqlansınlar, onların məşğulluğu iləmaraqlansınlar”.
Dövlətimizin başçısının səsləndirdiyi bu fikirlərdən birdaha aydın olur ki, məmurlar, ilk növbədə, şəhidailələri və qazilərə maksimum diqqət ayırmağaborcludurlar. Çünki tarixi qələbəmizin əldə olunmasıməhz onların xidmətidir. Bu istiqamətdə dövlətsiyasətinin doğru olduğu və vətəndaşlarımızı məmnunetdiyi hamıya bəllidir. Ancaq idarəetmədə az da olsa, belə məsələlərdə laqeydliyə rast gəlinir. Ona görə dədövlətimizin başçısı qəbul zamanı icra hakimiyyətləribaşçılarına şəhid ailələrinə, qazilərə xüsusi diqqətgöstərilməsinin vacibliyini bir daha xatırlatdı.
Qeyd edim ki, istər Birinci Qarabağ müharibəsində, istərsə də Vətən savaşında şəhid olmuşqəhrəmanlarımızın ailələri, onların valideynləri, eləcədə əlil olmuş şəxslər, veteranlar hərtərəfli dövlətqayğısı ilə əhatə olunurlar. Onlara mənzillər vəavtomobillər verilir, işlə təmin edilir, digərproblemlərinin aradan qaldırılmasi istiqamətindəardıcıl və planlı iş aparılır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdədavamlı olaraq uğurlu sosial siyasət həyata keçirilir. Həmin siyasətin əsas prioritet istiqamətlərindən biri dəhəssas qrupdan olan vətəndaşlarımıza, o cümlədən dəşəhid ailəsi üzvlərinə, müharibə əlillərinə və müharibəiştirakçılarına olan diqqətdir. Dövlətimizin başçısıİlham Əliyev və birinci xanım Mehriban Əliyevahəmin kateqoriyadan olanları daim diqqət mərkəzindəsaxlayırlar. Həmin qəbildən olanlara qayğınıngöstərilməsi üçün ölkə Prezidenti dövlət orqanlarıqarşısında vəzifələr müəyyənləşdirir, lazımi tapşırıqlarverir, normativ hüquqi aktlar imzalayır.
Bu məqamda fikrimin təsdiqi üçün diqqəti görülənişlərin bir qisminə yönəltmək istərdim. Belə ki, 44 günlük Vətən müharibəsindən sonra sosial dəstəktədbirləri çərçivəsində həmin savaşda şəhid olanlarınailə üzvləri, Vətən müharibəsinin veteranları, o cümlədən Vətən müharibəsi əlillərindən ibarət 94 minşəxsə 104 min sosial ödəniş təyin olunub. Həminödənişlərin mühüm hissəsini Prezidentin aylıqtəqaüdləri təşkil edib.
Dövlətimizin başçısı tərəfindən 1991-1997-ci illərdəölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədarhərbi xidmətdə olarkən xəsarət alması nəticəsindəəlilliyi müəyyənləşdirilən şəxslərə və onların ailəüzvlərinə birdəfəlik ödəmələrin verilməsi haqqındafərman imzalanıb. Həmin sənədə əsasən birinci dərəcəəlilliyə görə 8800, ikinci dərəcə əlilliyə görə 6600, üçüncü dərəcə əlilliyə görə 4400 manat birdəfəlikyardımlar müəyyən olunub. “YAŞAT” Fondutərəfindən də həmin kateqoriyadan olan ailələr daimdiqqətdə saxlanılıb.
Bütün bunlarla bərabər, şəhid ailəsi üzvləri vəmüharibə əlillərinin mənzil-məişət şəraitininyaxşılaşdırılması da diqqət mərkəzində saxlanılıb. Prezidentin tapşırığına əsasən mənzil təminatı 5 dəfəartırılıb. Bununla bağlı 2021-2025-ci illərə dair dövlətproqramı da təsdiq olunub.
Vətən müharibəsindən sonra 3 min 600, ümumilikdəisə ötən dövr ərzində 12 min 500-dən çox mənzil vəfərdi ev şəhid ailələri və müharibə əlillərinə verilib. Buil üçün 1500-dən çox mənzil və fərdi evlərin bukateqoriyadan olan insanlara verilməsi nəzərdə tutulubki, artıq altı ay ərzində onlara 600 mənzil təqdimolunub.
Müharibə əlillərinin avtomobillə təminatı tədbirləriçərçivəsində isə son dörd ildə 1500-dən çox, ümumilikdə isə ötən dövr ərzində 7400 müharibəəlilinə avtomobil verilib.
Şəhid ailələri, qazilər, bütün müharibə iştirakçılarıcəmiyyətimizdə böyük nüfuza malikdirlər. Onlar ölkəPrezidentinin müvafiq sərəncamları ilə medallarla təltifolunublar, layiq olduqları statusu qazanıblar. Bir sözlə, dövlətimiz onları unutmur, bütün problemlərinin həlliistiqamətində davamlı tədbirlər həyata keçirilir.
Həlimə Əliyeva