Şəhidimizin xatirəsi yad edilib

Bu gün, Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən, Kəlbəcər rayon 84 nömrəli məktəbində şəhid Etibar Məmişovun anım gününə həsr edilmiş tədbir keçirilib.
Şəhidin bacısı, məktəbin direktoru Həqiqət xanımın, müharibə yönümlü təşkilatların rəhbərlərinin, şəhidin döyüş yoldaşlarının, məktəbin müəllim kollektivinin və şagirdlərin iştirak etdiyi tədbirdə, şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. İlk öncə çıxış üçün söz, 84 nömrəli məktəbin direktoru Həqiqət xanıma verilib. O, öz çıxışında qardaşı şəhid Etibar Məmişovun uşaqlıq xatirələrindən, onun necə vətənə, dövlətə bağlı olduğundan danışıb. Daha sonra Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyevdə çıxış edərək Qarabağ müharibəsi adına yanaşmanın düzgün olmadığından danışıb. O, qeyd edib ki, müharibə hələ bitməyib və uzunmüddətli sülh sazişi imzalanmayıb. I Qarabağ müharibəsi, II Qarabağ müharibəsi kimi müharibəni ayırmaq düzgün deyil. 1987-ci ilin sonundan başlayaraq Şuşaya bayraq sancılana qədər olan dövr bir Vətən müharibəsidir.

Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri Müşviq Əliyev öz çıxışında vətən uğrunda şəhid olanların ali zirvədə olduğlarını onların haqqının heç vaxt ödənməyəcəyini vurğuladı.

Daha sonra məktəbin müəllim heyəti, tədbir iştirakçıları şəhidin döyüş yolundan, şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıblar. Tədbirin sonunda məktəb şagirdləri şəhidin xatirəsinə şeirlər səsləndirib.

 

Hazırladı:

Aris Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.