AzQMƏVŞAİB-in cənub regionu üzrə bölgə müxbiri Bəhruz Əliyev, VETENNAMİNE.AZ saytına məlumat verərək bildirib ki, aprelin 14-ü Biləsuvar rayonunda şəhidimiz Xosizadə Müşfiq Zakir oğlunun doğum günü qeyd olunub.
Bu münasibətlə şəhidimizin doğulub boya başa çatdigi ata ocağına baş çəkilib, valideynləri ilə görüşülüb, məzarı ziyarət olunaraq, əziz xatirəsi ehtiramla yad olunub.
Tədbirdə RİH-nin şöbə müdiri Bəhruz Mirzəzadə, YAP-ın Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, deputatın köməkçisi Əfsun Əlizadə, SHXÇDX-nin Biləsuvar rayon şöbəsinin rəisi, polkovnik Nağı Cəfərov, AzQMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev, şəhid valideynləri, qazilər və şəhidimizin döyüş yoldaşlari iştirak ediblər.
Şəhid Xosizadə Müşfiq Zakir oğlu 14 aprel 1993-cü ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olmuşdur.
Azərbaycan ordusunun giziri olan Müşfiq Xosizadə 44 günlük Vətən müharibəsində Füzuli rayonunun azadlığı uğrunda döyüşlərdə iştirak etmiş və qəhrəmancasına şəhid olmuşdur.
Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən Uğrunda”, “Füzulinin Azad Olunmasına Görə”, “Döyüşdə Fərqlənməyə Görə” medallari ilə təltif olunmuşdur.
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ETSİN!
QARABAĞ AZƏRBAYCANDlR!