AzQMƏVŞAİB-in cənub regionu üzrə bölgə müxbiri Bəhruz Əliyev VETENNAMİNE.AZ saytına xəbər verərək bildirib ki, bu gün şəhidimiz Gözəlzadə Ceyhun Nazim oğlunun doğum günü qeyd olunub.
Biləsuvar rayonundan olan şəhidimiz Gözəlzadə Ceyhun Nazim oğlunun doğum günüdür.
Bu münasibətlə RİH-nin əməkdaşı Röyal Quluzadə, deputatın köməkçisi Əfsun Əlizadə, AzQMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev, SHXÇDX-nin Biləsuvar rayon şöbəsinin rəis müavini mayor Vasif Rzayev şəhidin məzarıni ziyarət edib, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Şəhid Gözəlzadə Ceyhun Nazim oğlu Biləsuvar rayonunun Bəydili kəndində anadan olmuşdur. Vətən müharibəsində Ağdərə istiqamətində gedən döyüşlərə könüllü olaraq qoşulmuş və qəhrəmancasına şəhid olmuşdur.
Müzəffər Ali Baş Komandan tərəfindən ölümündən sonra “Vətən Uğrunda”, “Suqovuşanın Azad Olunmasına Görə”, “İgidliyə Görə” medalları ilə təltif olunmuşdur.
Allah Şəhidlərimizə Rəhmət Etsin!
Qarabağ Azərbaycandır!
Aris Məmmədov
Vətən Naminə Mətbuat Xidməti