AzQMƏVŞAİB-in cənub regionu üzrə bölgə müxbiri Bəhruz Əliyev, VETENNAMİNE.AZ saytına məlumat verərək bildirib ki, aprel 14-ü Biləsuvar rayonunda şəhidimiz Əlizadə Şahmurad Hilal oğlunun anım günü ilə bağlı evinə baş çəkilib, anasi Səlimə ana ilə görüşülüb.
Görüşdə RİH-nin şöbə müdiri Bəhruz Mirzəzadə, deputatın köməkçisi Əfsun Əlizadə, AzQMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev iştirak ediblər.
Söhbət zamanı şəhidimizin vətənpərvərliyindən,d öyüş yolundan danışılıb. Şəhidimizin anası Səlimə ana diqqət və qayğıya görə prezidentimiz İlham Əliyevə və birinci vitse prezidentimiz Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.
Şəhid Şahmurad Əlizadə Hilal oğlu 24 yanvar 1991-ci ildə Biləsuvar şəhərində zəhmətkeş bir ailədə dünyaya gəlmişdir. Orta məktəbi bitirmiş, həqiqi hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində gizirlik kursunu (TTM) bitirmişdir.
14 aprel 2015-ci ildə Ağdam istiqamətində erməni silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində xidməti vəzifəsini yerinə yetirərkən şəhid olmuşdur. Subay idi.
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ETSİN!
QARABAĞ AZƏRBAYCANDlR!