ŞƏHİDİM-Rəsmiyyə Sabir

ŞƏHİDİM

 

   Şəhid mayor Anar Novruzovun xatirəsinə

 

Bundan sonra

səsindən

nur yağmayacaq yer üzünə.

Günəşin çöhrəsi

əvvəlki kimi işıqlanmayacaq, Şəhidim…

Bundan sonra

gülüşlərinin hərarəti

isitməyəcək kainatı, Şəhidim…

Bundan sonra

Anan

qurban ola bilməyəcək boyuna.

bacıların

oynaya bilməyəcəklər

sədası gələməyən toyuna, Şəhidim…

Bundan sonra

göz yaşları yuva salacaq

Atanın üzünün qırışlarında…

Bundan sonra

bir qızın

arzusu  yox,

yuxusu çin olacaq.

Məzarın üstündə

salxım söyüdlər

saçını yolacaq, Şəhidim…

Bundan sonra

məğrur addımların

sevindirməyəcək torpağı, Şəhidim…

Bundan sonra

“Dözüm” səbrini yoracaq

yolunu gözləyənlərin, Şəhidim…

Bundan əvvəli var…

Bundan sonrası yoxdur, Şəhidim…

Bundan sonrası sonsuzluqdur, Şəhidim…

1 thought on “ŞƏHİDİM-Rəsmiyyə Sabir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.