VETENNAMİNE.AZ xəbər verir ki, 2022-ci lin sentyabr ayının 12-dən 13-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun əsgəri Kərimov Zöhrab Azad oğlunun xatirəsi ehtiramla anılıb.
Qəhrəman şəhidimizin ildönümü mərasimində iştirak edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, rayon Ağsaqqallar Şurasının sədri Akif Kazımov, SHXÇDX-nin Biləsuvar rayon şöbəsinin əməkdaşları, QMƏVŞA İB Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev, şəhid valideynləri, qazilər və ictimaiyyətin nümayəndələri şəhidin ata ocağını ziyarət edərək, valideynləri və yaxınları ilə görüşüblər.
Mərasimdə qəhrəman şəhidimizin şərəfli döyüş yolundan danışan Biləsuvar rayon İcra Hakimiyyətinni başçısı Faiq Qürbətov və Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qeyd ediblər ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaq.
Allah şəhidlərimizə rəhmət eləsin!
Cənub regionu üzrə bölgə müxbiri Bəhruz Əliyev