VETENNAMİNE.AZ xəbər verir ki, 15 may 2023-cü ildə Biləsuvar rayonunun Amankənd kəndində XTQ mənsubu şəhid gizir Ziyarət Hüseynovun doğum günü ilə bağlı adına tikilmiş bulaq-xatirə kompleksinin açılışı olmuşdur.
Tədbirdə RİH-nin şöbə müdiri Bəhruz Mirzəzadə, deputatın köməkçisi Əfsun Əlizadə, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədr müavini, ehtiyatda olan polkovnik-leytenant Aris Məmmədov, SHXÇDX Biləsuvar rayon şöbəsinin rəisi, polkovnik Nağı Cəfərov, AzQMƏVŞAİB-nin Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev, şəhidin döyüş yoldaşları, şəhid ailələri, qazilər, məktəbin müəllim kollektivi və kənd sakinləri iştirak etdilər.
Tədbir şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad olunması və Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başlandı.
Daha sonra çıxış edənlər şəhidimizin haqqında, onun vətənpərvərliyindən, döyüşlərdə qəhrəmanlığından danışdılar.
Çıxışlardan sonra şəhidimizin təhsil aldığı Amankənd kənd orta məktəbinin şagirdləri vətənpərvərlik ruhunda şer söylədilər.
Tədbirdən sonra şəhidimizin məzarı ziyarət olundu, ruhuna dualar oxundu, əziz xatirəsi ehtiramla yad edildi.
Şəhid Hüseynov Ziyarət Mail oğlu 1994-cü ildə Biləsuvar rayonunun Amankənd kəndində doğulmuşdur. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra XTQ mənsubu olaraq xidmətini davam etdirib, gizir rütbəsinə qədər yüksəlib. 2016-ci il aprel döyüşlərində, 44 günlük Vətən müharibəsində döyüşlərdə yaralanmasına baxmayaraq qazi statusundan imtina edərək xidmətini davam etdirir.
12 sentyabr 2022-ci ildə Laçin-Kəlbəcər istiqamətində Erməni Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur.
Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ölümündən sonra 3-cü dərəcəli “VƏTƏNƏ XİDMƏTƏ GÖRƏ” ORDENİ İLƏ, “VƏTƏN UĞRUNDA”, “CƏBRAYlLlN AZAD OLUNMASlNA GÖRƏ,” “KƏLBƏCƏRİN AZAD OLUNMASlNA GÖRƏ,” “ŞUŞANlN AZAD OLUNMASlNA GÖRƏ,” ” LAÇlNlN AZAD OLUNMASlNA GÖRƏ,” medalları ilə təltif olunmuşdur.
Ailəli idi, oğul övladi dövlətimizə əmanətdir.
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ETSİN!
QARABAĞ AZƏRBAYCANDlR!
Bəhruz Əliyev
Vətən Naminə Mətbuat Xidməti