Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına
verilən məlumata görə hadisə bu gün saat 17:00 radələrində Xızı rayonunun
Giləzi qəsəbəsində baş verib.
Belə ki, qəsəbə sakini Ləman Qurbanovanın ailə münaqişəsi zəminində
qaynı Taleh Qurbanov tərəfindən boğularaq öldürülməsi barədə polisə məlumat daxil olub.
Dərhal hadisə yerinə polis əməkdaşları gedib. T.Qurbanov polis tərəfindən saxlanılıb.
Əldə etdiyimiz məlumata görə, Ləman Qurbanovanın həyat yoldaşı şəhid olub.
Aris Məmmədov
Vətən Naminə Mətbuat Xidməti













