AzQMƏVŞAİB-in cənub regionu üzrə bölgə müxbirinin VETENNAMİNE.AZ saytına verdiyi məlumata əsasən, Lerik rayonunda şəhidimiz XTQ-nin baş leytenantı Yaqublu Əliqismət Mükafat oğlunun doğum günü qeyd olunub.
YAP-ın Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov, RİH-nin əməkdaşı İsgəndər Tahirli, AzQMƏVŞAİB Lerik rayon filialının sədri Veysəl Məlikov, SHXÇDX-nin rayon şöbəsinin əməkdaşları, YAŞAT fondunun rayon üzrə nümayəndəsi Əlizamin Rzayev, şəhid ailələri, qazilər və kənd sakinləri şəhidimizin məzarını ziyarət edərək, xatirəsini dərin ehtiramla yad ediblər.
Xatirladaq ki, şəhid baş leytenant Yaqublu Əliqismət Mikayıl oğlu XTQ mənsubu olaraq 05 noyabr 2020-ci ildə Şuşanın azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Müzəffər Ali Baş Komandan tərəfindən ölümündən sonra “Azərbaycan Bayrağı ” ordeni ilə, “Vətən Uğrunda”, “Cəbrayılın Azad Olunmasına Görə”, “Füzulinin Azad Olunmasına Görə”, “Şuşanın Azad Olunmasına Görə”, “Xocavəndin Azad Olunmasına Görə”, “Kəlbəcərin Azad Olunmasına Görə”, “Şücaətə görə” medalları ilə təltif olunmuşdur.
Allah Şəhidlərimizə Rəhmət Etsin!
Qarabağ Azərbaycandır!
Asiman Xəlili
Vətən Naminə Mətbuat Xidməti