Şəhid Xudayar Yusifzadənin doğum günü


15.07.2022-ci il tarixində Azərbaycan Bayrağı ordenli şəhidimiz Xudayar Yusifzadənin doğum günü idi. Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri ictimai birliyinin Bərdə rayon filialının rəhbəri Etibar Hüseynova və ictimai birliyin digər üzvüləri ilə birlikdə şəhidimizin məzarını ziyarət ediblər.
Şəhid Xudayar Yusifzadənin məzarına əklil və gül dəstələri qoyularaq əziz xatirəsinə dualar oxunmuşdur.
Həlimə Əliyeva