Şəhid Vüsal Teymurovun ailəsi ziyarət olunub

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Vətən müharibəsinin şəhidi Teymurov Vüsal Zakir oğlunun ailəsini Ramazan bayramı ərəfəsində ziyarət edib.

V.Teymurov 44 günlük Vətən müharibəsində şərəfli döyüş yolu keçib Şuşa istiqamətində gedən döyüşdə şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.