Şəhid Şamilov Emilin anım mərasimi

İyulun 3-ü Azərbaycan Bayrağı ordenli Şəhid Şamilov Emil Rafiq oğlunun anım günü ilə əlaqədar Azərbaycan Qarabağ Müharibəsi Əlilləri , Veteranları və Şəhid Ailələri İctimai birliyimin Sabunçu rayon filialının sədri,YAP Sabunçu rayon təşkilatının sədr müavini Zülfüqar Cəfərov,Sabunçu Rayon icra hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və Şəhid Ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəqan Əlizadə,Ramana qəsəbəsi üzrə icra nümayəndəsi Arif Osmanov Şəhidin Ramana qəsəbəsindəki məzarını və adına tikilmiş bulağı ziyarət etmişlər. Daha sonra Şəhidin boya-başa çatdığı Ramana qəsəbəsindəki ünvanda ailəsi ilə görüşmüşlər. Şəhidin valideynlərinə səbr dilənmiş,ruhuna dualar oxunmuş və əvvəllər yaşadığı mənzildəki Şəhid Guşəsi ilə tanış olmuşlar. Şəhidin ailə üzvləri ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına,həmçinin Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri ictimai birliyinin rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər. Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

 

Həlimə Əliyeva 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.