28.01.2022-ci il tarixində Səmədov Sabir Əvəz oğlunun Şəhidlik zirvəsinə ucalmasının 27-ci il dönümü tamam oldu .Cəbrayıl rayon İcra Hakimiyyətunin müavini Fəridə İbayeva,İcra nümayəndələri,Azərbaycan Qarabağ Müharibəsi Əlilləri , Veteranları və Şəhid Ailələri ictimai birliyinin Cəbrayıl rayon filalının sədri Səbuhi Hüseynov,filalın üzvüləri,ailə üzvüləri,yaxınları Şəhidin mzarını ziayarət etmişdilər. Şəhid Səmədov Sabir Əvəz oğlu 28.05.1973- cü ildə Cəbrayıl rayon Böyük Mərcanlı kəndində anadan olmuşdur.05.06.1991- ci ildə keçmiş sovetlər birliyinin üzvü Ukrayna Respublikasında Tank bölüyündə həqiqi hərbi xidmətə başlamışdır .8 ay xidmət keçdikdən sonra Sovetlər birliyinin xidmətindən imtina edərək Azərbaycana qayıdır.Öz ərizəsi ilə xidmətini Cəbrayı rayon Ərazi müdafiəsinin N saylı Taborunda mina atan bölüyündə xidmətə başlayır .Şayaq,Sirik,Şişqaya bir çox döyüşlərdə xüsusi fəallıq göstərir.17 081992 ci il Sur kəndində dedən döyüşdə kürək nahiyəsindən yaralanır bir müddət müalicə alaraq yenidən xidmətə başlayır.Ağdamın Salahlı Güllücə ,Füzulinin Kənd Horadiz ,Cəbrayılın Lalətəpə istiqamətlərində ağır döyüşlərdə iştirak edir. 28.01.1996 cı ildə Ağstafa rayonun Köhnə Qışlaq kəndində gedən qeyri bərabər ağır döyüşdə Qəhramancasına Şəhid olur.Subay idi .
Allah Şəhidlərimizə Rəhmət Eləsin !
Vətən Naminə Mətbuat Xidməti













