Vetennamine.az saytının Cənub regionu üzrə bölgə müxbiri Bəhruz Əliyevin verdiyi məlumata əsasən , 19 Fevral 2023-cü ildə Biləsuvar rayonundan Şəhid İbadlı Ruslan Sakit oğlunun doğum günü qeyd olunub.Biləsuvar rayon İcra Hakimiyyətinin məsul işçisi Röyal Quluzadə , Azərbaycan Qarabağ Müharibəsi Əlilləri , Veteranları və Şəhid Ailələri ictimai birliyinin Biləsuvar rayon filialının sədri Şəhidin boya-başa çatdığı ata ocağına baş çəkmiş ,məzarını ziyarət etmiş, ruhuna dualar oxumuşlar.
Şəhid Ruslan İbadlı Cəbrayıl rayon istiqamətində gedən ağır döyüşlərdə iştirak edmiş və qəhrəmancasına Şəhid olmuşdur.
Allah Şəhidlərimizə Rəhmət Eləsin !
Vətən Naminə Mətbuat Xidməti