Vetennamine.az saytının Cənub regionu üzrə bölgə müxbiri Bəhruz Əliyevin verdiyi məlumata əsasən ,
14 fevral 2023-cü ildə Biləsuvar rayonundan Vətən müharibəsinin şəhidi Rövşən Elşən oğlu Eynullayevin doğum qeyd olundu.
Doğum günü münasibəti ilə təhsil aldığı Nərimankənd kənd tam orta məktəbində şəhidin adına verilmiş sinifin açilişi oldu.Daha sonra məzarı ziyarət olundu,ruhuna dualar oxundu.
Tədbirdə RİH-nin məsul işçisi Röyal Quluzadə,SHXÇDX Biləsuvar rayon şöbəsinin əməkdaşi ,mayor Vasif Rzayev,Azərbaycan Qarabağ Müharibəsi Əlilləri , Veteranları və Şəhid Ailələri ictimai birliyinin
Biləsuvar rayon filialının sədri,2-ci qrup Qarabağ qazisi Bəhruz Əliyev,şəhid ailələri,qazilər,mən sakinləri iştirak etdilər.
Şəhid Rövşən Eynullayev Biləsuvar rayonunun Nərimankənd kəndində (2000) anadan olmuşdur.Vətən müharibəsində Cəbrayıl və Füzuli rayonları uğrunda gedən döyüşlərdə iştirak etmiş və Qəhrəmancasına şəhid olmuşdur.
Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “VƏTƏN UĞRUNDA”,”FÜZULİNİN AZAD OLUNMASlNA GÖRƏ” və “DÖYÜŞDƏ FƏRQLƏNMƏYƏ GÖRƏ” medalları ilə təltif olunmuşdur.
SUBAY İDİ.
Şəhidin atası Elşən Eynullayev 1-ci Qarabağ müharibəsinin veteranıdır.
Allah şəhidlərimizə rəhmət eləsin!
Vətən Naminə Mətbuat Xidməti