AzQMƏVŞAİB-in cənub regionu üzrə bölgə müxbiri Bəhruz Əliyev VETENNAMİNE.AZ saytına xəbər verərək bildirib ki, Biləsuvarda 1-ci Qarabağ müharibəsinin şəhidi Quliyev Tacəddin Allahverdi oğlunun anım günü ilə bağlı tədbir keçirilib.
Tədbirlə bağlı AzQMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev, Kənd icra nümayəndəsi, bələdiyyə üzvləri, ağsaqqallar, müəllim və şagirdlər, şəhid ailələri və qazilər şəhidin evinə baş çəkib, atası Allahverdi kişiylə görüşüb, şəhidin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.
Şəhid Quliyev Tacəddin Allahverdi oğlu 07.09.1975-ci ildə Biləsuvar rayonunun Təzəkənd kəndində anadan olmuşdur.
1994-cü ildə Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və adı əbədiləşdirilərək Təzəkənd kənd həkim ambulatoriyasına verilib.
Allah Şəhidlərimizə Rəhmət Etsin!
Aris Məmmədov
Vətən Naminə Mətbuat Xidməti